İranın Şiraz və Zahidan şəhərlərinin həbsxanalarında 7 məhbus edam edilib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Edam edilənlər narkotik maddələrin alveri və qətldə günahlandırılıblar.
Zahidan şəhərində edam edilən 4 məhkum sünni məzhəbli etnik bəluçdur.
Qeyd edək ki, 2024-cü ildə İranda 972 məhbus edam edilib və bu ötən il dünyada edam cəzalarının 64%-ə bərabərdir.
Beynəlxalq Əfv Təşkilatı yaydığı bəyanatda edam sayına görə İranın dünyada birinci yerdə olduğunu bildirib.
visiontv.az