Hicaba görə yüzlərlə qadın həbs edilib
15.04.2024

Tehran şəhərində məcburi hicab qaydalarını pozduqlarına görə yüzlərlə qadın həbs edilib.

Bu barədə yerli insan haqları müdafiəçiləri məlumat yayıb.

Bildirilib ki, şəhərin şərq bölgəsində polis qüvvələri və "Hicabban"lar (Hicab nəzarətçiləri) bir neçə alış-veriş mərkəzi vəictimai yerlərə hücum ediblər.

Həbs olunanlar arasıbda 13-14 yaşlı qız uşaqlarının da olduğu, onlara qarşı zorakılıq edildiyi deyilir.

Qeyd edək ki, ir neçə gün əvvəl Tehran polis komandanlığı məcburi hicab qaydaları ilə bağlı xəbərdarlıq etmişdi.

Polis komandanlığı bəyanatda təhdidamiz ifadələr işlədərək aprelin 14-dən başlayaraq məcburi hicab qaydalarını pozanlara qarşı sərt tədbirlər görüləcəyi bildirib.

visiontv.az