Güney Azərbaycanın Həmədan şəhərinin Şahid bulvarında yerləşən dini mərkəzdə qaz sızması nəticəsində güclü partlayış olub.
Bu barədə Həmədan Bələdiyyəsinin yanğınsöndürmə idarəsi və təhlükəsizlik xidmətinin rəhbəri Sadiq Pursina açıqlama verib.
Onun dediyinə görə, baş verən partlayış nəticəsində 42 evə ziyan dəyib, qapı-pencərələr və şüşələri qırılıb.
Pursina, partlayışda insan tələfatının olmadığını, yalnız dağıntılar altında qalan 50 yaşlı 1 qadının yaralandığı bildirilib.
visiontv.az