Fransanın “qırğı” səfiri...
Fransanın “qırğı” səfiri...
15.04.2024 Bəybala Mirzəyev Tərəfindən

Makronun Ermənistana göndərdiyi səfir Olivye Dekotini Fransa diplomatları arasında ən məkrli, makiavellist diplomatlardan biridir. 2012-2015-ci illərdə Fransanın İrandakı səfirliyində ikinci müşavir vəzifəsində çalışan və İranın regional siyasəti ilə məşğul olan O.Dekotini tipik fars-erməni vurğunudur.

Fransanın elçisi ötən gün qədim Azərbaycan torpağı olan Zəngəzura (hazırda Ermənistanın Sünik bölgəsi) gedib. Bu barədə “X” platformasında paylaşım edən Dekotini ərazidəki vəziyyətlə tanış olduğunu bildirib.

Görəsən, söhbət hansı vəziyyətdən gedir? Zəngəzurdakı vəziyyət fransalı səfir üçün nə baxımdan önəmli nə ola bilər?

Fransız diplomatın səfərində məqsəd Ermənistan sərhədlərinin müdafiəsi üçün rəsmi İrəvana siyasi və hərbi dəstək verilməsi imkanlarını nəzərdən keçirməkdir. Məsələ burasındadır ki, Fransa molla İranı ilə səylərini birləşdirərək Zəngəuru Azərbaycan və Türkiyə üçün alınmaz qalaya çevirmək fikrindədir. Onların ana hədəfi Türk dünyasının Zəngəzur dəhlizi vasitəsilə birləşməsinə mane olmaqdır.

Fransa tərəfi bu xain niyyətini Ermənistanın təhlükəsiliyini təmin etmək səyləri kimi təqdim edir, pərdələməyə çalışır. Səfir Olivie Dekottİni bu yaxınlarda erməni mətbuatına verdiyi müsahibələrindən birində bildirib ki, "Fransa Ermənistanı narahat edən təhlükəsizlik məsələlərinə görə məsuliyyəti üzərinə götürəcək".

Ancaq əsl həqiqətdə isə Fransa artıq Ermənistanı real surətdə silahlanırmağa başlayıb. Belə ki, Dekottini bu günlərdə özünün “X” mikroblokunda açıq şəkildə etiraf edib ki, “Fransa Ermənistanı başqalarının əldə edə bilmədiyi hərbi texnika ilə təmin edir”.

Ermənistana gətirilən silahlar həqiqətən də hərbi məqsəd daşıdığını etiraf edən səfir O.Dekottini həmin paylaşımına əlavə olaraq, “Thales” şirkətinin Ermənistan üçün nəzərdə tutulan radarları barədə məqalə dərc edib və bildirib ki, Paris və İrəvan arasında imzalanan hərbi müqaviləyə əsasən, Ermənistan fransız hərbi texnologiyaları ilə təchiz ediləcək.

Bir sözlə, Fransa Ermənistanı silahlandırmaq üçün tam hərəkətə keçib və səfir Dekotini də bu prosesdə maksimum dərəcədə fəallıq göstərir. Adam özünü diplomat kimi yox, rəsmən “qırğı” kimi aparır.

P.S.

Yeri gəlmişkən, biz Fransanın Ermənistana verdiyi silahların heç bir işə yaramadığını deyib lağlağı etməməli və özümüzü arxayınlaşdırmamalıyıq.

Bəybala Mirzəyev

visiontv.az