Ətraf mühitin uşaqların sağlamlığına təsirini araşdırma proqramı hazırlanır
17.04.2024

Ətraf mühitin uşaqların sağlamlığına təsirini araşdırma proqramı hazırlanır

Səhiyyə Nazirliyi UNİCEF-in dəstəyi ilə bütün istiqamətlərdə uşaqların sağlamlığı ilə bağlı keçən ilin təhlilini aparıb. Azərbaycan Tibb Universitetinin kafedraları, elmi tədqiqat mərkəzləri ilə birlikdə ətraf mühitin uşaqların sağlamlığına təsirini araşdırma proqramları üzərində iş gedir.

Visiontv.az  APA-ya istinadən  xəbər verir ki, bunu bu gün Milli Məclisdə Ailə, Qadın və Uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin “ Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən birgə ictimai dinləmədə səhiyyə nazirinin müavini İlqar Qasımov deyib. O bildirib ki, bu günə qədər belə proqram olmayıb.

Nazir müavini deyib ki, boya tərkibində olan qurğuşun da nəzarətdə olmalıdır:

“Çünki bir neçə ölkədə uşaqlardan qan analizi götürülərək qurğuşun səviyyəsini öyrəniblər. Qurğuşun yüksək olanda onkoloji və beyin inkişafı problemləri yarana bilir və bu, çox ciddi məsələdir. ətraf mühitin uşaqların sağlamlığına təsirini araşdırma proqramları üzərində iş gedirTövsiyələrimiz odur ki, aidiyyəti qurumlarla birlikdə ölkədə uşaq və yeniyetmələr arasında artma dinamikası qeyd edilən xəstəliklərin ətraf mühit amilləri ilə əlaqəsi araşdırılsın. Həmçinin qapalı məkanlarda, uşaq bağçaları və məktəblərdə havanın çirklənmə göstəricilərinə nəzarət gücləndirilsin. Yəni ola bilsin, həmin müəssisələrə detektorlar qoyulmalıdır. Eləcə də ölkəmizdə boya qurğuşun miqdarını tənzimləyən qanunvericilik sənədi qəbul edilməli, sirkə, essensiyanın sərbəst satışı qadağan edilməli, pestisitlər kəskin və xroniki zəhərlənmələrin qarşısının alınması məqsədilə təhlükəli kimyəvi maddələrin və dərman vasitələrinin uşaqlara əlçatanlığın qarşısını almaq, habelə onların təhlükəsiz utilizasiyasını hazırlamaq lazımdır”.

visiontv.az