Ermənistanda kilsənin siyasi etirazları nəticə verməyəcək
08.05.2024

Ermənistanda kilsənin N. Paşinyana qarşı sərhədlərin delimitasiya və demarkasiyasından istifadə edərək etiraz aksiyalarını davam etdirməsinə baxmayaraq xalqın dəstəyini ala bilmir. Azərbaycana geri verilən dörd kəndlə bağlı bu kimi etirazlara Qərb etirazları dəstəkləmir. Amma, Rusiya və İran etirazlara dəstək verərək N. Paşinyanın devirilməsində maraqlıdır. Azərbaycana gəldikdə isə, Azərbaycan N. Paşinyanın hakimiyyətdə qalmasında problem görmür.

Revanşist keşiş Baqrat Qalstanyanın Tavuşdan başlatdığı etiraz yürüşü Yerevanda hakimiyyət əleyhinə ümumi milli mitinq elan etməsinə hesablanıb. Ermənistan müxalifəti xalqın dəstəyini ala bilmədiyindən kilsəyə dəstək verir. Kilsənin bu etirazına xalqın dəstək verməsi gözlənilmir. Çünki xalq növbəti müharibədə maraqlı deyillər.

Bir qrup keşiş revanşistlərin ortaya çıxması N. Paşinyanın əlini gücləndirir. Hakimiyyət kilsənin etirazına ona görə ciddi müdaxilə etmir ki, xalqın kilsəyə dəstək vermədiyi ortaya çıxsın. Hesab edilirdi ki, müxalifətə dəstək verməyən xalq kilsənin siyasi etirazlarına dəstək verəcək. Amma, belə bir kütləvilik yoxdur. Bundan sonra N. Paşinyan kilsənin xalq dəstəyinə malik olmadığını nümayiş etdirərək onlara qarşı ciddi təzyiqləri artıracaq.

Mayın 9-na təyin edilən mitinq kilsə və revanşistlərin fiasko mitinqi olacaq. Qeyd edim ki, Ermənistanın katalikosu 2-ci Qaragen prosesləri idarə edir və N. Paşinyanı devirməyi hədəfləyib.

Baş verənlər Azərbaycanla delimitasiya və demarkasiya prosesinə təsir etməyəcək. Ermənistanda müəyyən nüfuza malik Kilsədə öz təsir gücünü itirəcək. Bundan sonra N. Paşinyanın islahatlarının qarşısında güc olmayacaq.

Məhəmməd Əsədullazadə

visiontv.az