Ərdoğan Türk Şurasının funskiyasını artırmaq istəyir - Elxan Şahinoğlu
Ərdoğan Türk Şurasının funskiyasını artırmaq istəyir - Elxan Şahinoğlu
14.04.2021 Elxan Şahinoğlu Tərəfindən

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında müxtəlif mövzularla yanaşı Türk Şurası barədə vacib açıqlamalar səsləndirdi.

Birincisi, Ərdoğan dedi ki, sıraları genişlənən Türk Şurasını beynəlxalq təşkilat halına gətirmək vaxtı gəlib çatıb. İkincisi, Ərdoğan dedi ki, Türk Şurasının nəzdindəki bir çox strukturlarla görülən işlər daha güclü bir strukturlaşmaya ehtiyac olduğunu ortaya qoyur. Üçüncüsü, Ərdoğan dedi ki, bu ilin noyabr ayında Türkiyənin ev sahibliyi ilə keçirilən Türk Şurasının 8-ci Fövqəladə iclasında İstanbulda prestijli bir tarixi bina şuranın və gələcəkdə qurulacaq təşkilatın idarə edilməsi üçün hazırlanıb.

Beləliklə, Ərdoğan Türk Şurasının funskiyasını artırmaq istəyir. Azərbaycan da bunu istəyir. Ən əsası keçmiş illərdən fərqli olaraq Qazaxıstan və Özbəkistan da Türk Şurasının güclənməsinə tərəfdardırlar. Digər tərəfdən Mərkəzi Asiya ölkələri görürlər ki, təşkilata Macarıstan və Cənubi Koreya kimi ölkələrin marağı olduğu halda inteqrasiya prosesindən kənarda qalmaq olmaz. Rusiyanın hakim olduğu Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındansa Qazaxıstan və Özbəkistan üçün Türk Şurası daha faydalıdır.

Visiontv.az