Ənənəvi erməni yalanları: Parisdəki sərgi hansı məqsədə xidmət edir?
03.04.2025

Ermənilər Fransanı az qala ikinci erməni dövlətinə çevirmələrinə baxmayaraq, yerli fransızlar arasında təbliğat işləri aparmağı və onları anti-Azərbaycan ovqatına kökləməyi hələ də yorulmadan davam etdirirlər.

Bugünlərdə Parisin gözəl məkanlarından birində, açıq havada təşkil olunan "Qarabağın irsi" (Karabagh heritage) adlı fotosərgi də elə bu məqsədə xidmət edir.

Sərgidə məşhur fotoqraf Yvan Travertin vaxtilə Qarabağda çəkdiyi iyirmi fotoşəkil də təqdim olunur.

Və eyni zamanda, sərgiyə gələnlərə 2023-cü ilin sentyabrında "Dağlıq Qarabağın 100 mindən çox erməni sakininin Azərbaycan tərəfindən qovulması" səpkili sərsəm iddialar həqiqət kimi sırınır.

Ənənəvi erməni yalanlarına və miflərinə söykənən bu təxribatçı sərgi aprelin 27-nə qədər davam edəcək.

Bu sərgi ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlib. Fransa dövləti müxtəlif vasitələrlə (o cümlədən, "mədəni tədbirlər" adı altında) erməni separatizmini dəstəkləməyə davam edir. Azərbaycanın Fransadakı səfirliyi yəqin ki, buna öz etirazını bildirəcək.

Bir ‎bunu deyən yazı "‎LA VILLE LAVLLEDELEVALLOISPRÉSENTE DE LEVALLOIS PRÉSENTE Patrimoine & traditions du Haut-Karabagh Photographies de Yvan Travert 27 MARS 27 AVRIL 2025 GRILLES DE L'HÔTEL DE VILLE DE LEVALLOIS KARABAGHHERITAGE.COM ASSOCIATION CIATION ASSOC DELEVALLOIS الما 回口 vallbis (ois CULTURE‎"‎ şəkili ola bilər

P.S.

Azərbaycan Mədəniyyət Nazirliyi də Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə Fransada və digər ölkələrdə mədəni irsimizin təbliği istiqamətində tədbirlər keçirə bilər. İldə bir dəfə təkcə Novruz bayramını qeyd etməklə kifayətlənmək olmaz.

P.P.S.

Ermənilərin Parisdəki təxribatçı sərgisi ilə bağlı məlumat verən Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradovaya təşəkkürlər!

Bəybala Mirzəyev

visiontv.az