Əli Xaməneinin Məkkədə aksiyaya çağırışı etirazlara səbəb oldu
09.05.2024

İran rəhbəri Əli Xameneinin builki Həcc ziyarəti ilə bağlı çıxışı və iranlı zəvvarları Məkkə və Mədinədə siyasi fəallığa çağırması geniş etirazlarasəbəb olub.

Bununla bağlı sosial media kanallarında çoxsaylı paylaşımlar edilir.

Aralarında tanınmış din xadimlərinin də olduğu minlərlə iranlı Səudiyyə Ərəbistanı krallığına müraciət ünvanlayıblar. Onlar Əli Xameneinin çağırışını “təxribata dəvət” adlandıraraq, İran hökumətinin dini mərasimdən siyasi məqsədlər üçün istifadə etməyə çalışdığını yazıblar.

Müraciət müəllifləri Ər-Riyaddan müsəlmanların müqəddəs məkan və alimlərindən bu məqsədlə istifadə cəhdlərinə icazə verməməyi istəyiblər. Onlar İran hökumətinin əməllərinin islama və müsəlmanlara utanc gətirdiyini deyib, iranlıların Səudiyyə Ərəbistanına səfərlərinə qadağa qoyulmasını tələb ediblər.

Qeyd edək ki, Əli Xamenei mayın 6-da etdiyi çıxışında iranlı zəvvarları Həcc mərasimi zamanı siyası fəallığa çağırıb.

Qeyd edək ki, Əli Xamenei mayın 6-da etdiyi çıxışında iranlı zəvvarları həcc mərasimi zamanı siyası fəallığa çağırıb.

O, zəvvarları mərasim zamanı "zalimlərə", İsrailə qarşı aksiyalar keçirməyə dəvət edib.

Xatırladaq ki, 1987-ci və 2915-ci illərdə iranlıların həcc mərasimləri zamanı keçirdikləri siyası nümayişlər qanlı toqquşmalara səbəb olub.

Müqəddəs dini mərasimdə törədilən təxribatın qarşısını almaq üçün Səudiyyə Ərəbistanı polisi müdaxilə edib .

1987-ci ildə polisə soyuq silahlarla hücum edən 280 iranlı helak olub, çox sayda polis və mülki şəxs xəsarət alıb.

2015-ci ildə isə oxşar hadisə zamanı 460 aksiyaçı ölüb, müqəddəs məkanlara ziyan dəyib.

Ölənlərin əksəriyyəti qaçdıqları vaxt başqa zəvvarların ayaqları altında tapdalanaraq həlak olublar.

Cavidan

visiontv.az