Ədliyyə Nazirliyində yeni təyinatlar olub
17.04.2024

Ədliyyə Nazirliyində yeni təyinatlar olub.

Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Əliyev nazirliyin Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Visiontv.az  APA-ya istinadən  xəbər  verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Məlumata görə, bundan əvvəl, Ə.Əliyev Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.
Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub.

visiontv.az