"Dünyada sabitliyə ən böyük hədə İrandır"- İsaq Herzoq
22.04.2024

İsrailin prezidenti İsaq Herzoq Tehranın bölgədə dağıdıcı rolu və nüvə silahına çatma planına istinadən dünyada sabitliyin əleyhinə ən böyük hədənin İran olduğunu deyib.

Almaniyanın DPA xəbər agentlyinin bildirdiyinə görə Herzoq İranın dünya gedişatına zidd siyasətləri barədə “Bild” qəzetinə müsahibə verib.

“faktiki olaraq, dünyanda sabitliyə ən real hədə İranın nüvə silahına çatması niyyətində olmasıdır. 

Lakin dünya siyasəti şahmatında əsas prinsip məsələlərə məsuliyyətli və təmkinli yanaşmaqdır” - deyə Herzoq bildirib.

O, müsahibəsinin davamında əlavə edib ki, “İran dayanmadan Qərb sivilizasiyasına qarşı fəaliyyət göstərir və Ön Asiyada daha da çox nüfuz əldə etməyi düşünərək bütün dünyaya dəhşət və nifrət yayır”. 

Herzoq Avropanı İranın dünyada sabitliyin əleyhinə gerçək hədə omasına diqqət ayırmağa çağırıb.

“NATO koalisiyası ilə bu ölkənin qarşısı alınmalıdır” İsaq Herzoq müsahibəsinin sonunda deyib.

visiontv.az