Dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin sayı artırılır
23.04.2024

Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr siyahısı dəyişir.

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə  Azərbaycan  Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının  təsdiq edilməsi haqqında” qanuna edilən müvafiq dəyişiklikdə əksini tapıb. 

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr Dekstrometorfan və Buprenorfin çıxarılıb.

Layihəyə əsasən, bu maddələr - Dekstrometorfan (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır) və Buprenorfin  Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr sırasına daxil edilib.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

visiontv.az