Dörd anklav kəndlə bağlı mübadilə baş tuta bilər
Dörd anklav kəndlə bağlı mübadilə baş tuta bilər
04.07.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Azərbaycanla Ermənistan arasında dörd anklav kəndlərlə bağlı məsələlər sülh müqaviləsi prosesində öz həllini tapa bilər. Ümumiyyətlə, dörd anklav kəndlə bağlı mübadilə baş tuta bilər. Faktiki Ermənistan ərazisində ada olan dörd kənddə infrastruktur layihələri icra etmək və əhalini ora köçürmək strateji cəhətdən risklidir.

Qeyd edim ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanda Azərbaycanla sülh müqaviləsinin bir aya bağlanması mümkünlüyünü qeyd edib. Ermənistan rəhbərliyi dəfələrlə bu tezisi gündəmə gətirir. Bununla beynəlxalq ictimaiyyətə sülhə hazir olduqlarını nümayiş etdirirlər. Halbuki, sülh müqaviləsinin bağlanması Ermənistan konustitusiya ziddir.

Azərbaycan prezidenti cənab İlham Əliyev Ermənistan konustitusiyasında Azərbaycana qarşı ərazi iddiaları çıxarılmayınca, sülh müqaviləsinin bağlanmasının mümkün olmayacağını bəyan edib. Amma, Baza prinsipləri əsasında çərçivə sazişi imzalanması mümkündür. Dörd anklav kəndlərlə bağlı məsələ tezliklə həll olunması, bu da mümkün görünmür.

Məhəmməd Əsədullazadə

visiontv.az