Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub
02.05.2024

VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşü keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak ediblər.

Forumu çərçivəsində dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub.

İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu Bakı Prosesini alqışlayaraq, cari ilin noyabrında Bakıda keçiriləcək COP29-un uğurla təşkil ediləcəyinə əminiklərini bildiriblər.

visiontv.az