Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi
30.07.2021

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə davam edən meşə yanğınları nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Visiontv.az xəbər verir ki, bununla bağlı XİN rəhbəri sosial şəbəkə hesabında paylaşım edib.

"Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq", - deyə C.Bayramov bildirib.