Bu ilin birinci rübünün makro-iqtisadi yekunlarında 2 mühüm məqam diqqəti çəkir
Bu ilin birinci rübünün makro-iqtisadi yekunlarında 2 mühüm məqam diqqəti çəkir
16.04.2024 Vüqar Bayramov Tərəfindən

Birincisi, iqtisadi artım daha çox qeyri neft-qaz sektoru hesabına formalaşır. Belə ki, qeyri-enerji sektorundakı 6.7 faizlik artım ÜDM-də 4.0 faiz artıma səbəb olub. İkincisi, neft-qaz sektoru stabilləşmə mərhələsinə qədəm qoya bilər. Belə ki, uzun müddətdli azalmadan sonra enerji sektorundan 0.4 faiz artım qeydə alınıb.

Bu eyni zamanda iki digər mühüm nəticəyə gəlməyə əsas verir. Birincisi, qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların dərinləşməsi prioritetliyini daha da gücləndirib. Çünki, artıq yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq.

Digər tərəfdən, ÜDM ilə yanaşı ümumi ixracat və fiskal gəlirlərdə də qeyri-enerji sektorunun payının artırılması vacibdir. Praktik olaraq, iqtisadi artımda drayverə çevrilən qeyri neft-qaz sektoru digər makro-iqtisadi göstəricilərdə də xüsusi paya malik ola bilər. İkincisi, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır.

Millət vəkili Vüqar Bayramov

visiontv.az