Bred Pittlə Ancelina Coli "Miraval" malikanəsini bölə bilmirlər
17.07.2024

Hollivudun keçmiş cütlüyü Brad Pitt və Ancelina Coli arasındakı gərginlik yenidən alovlanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə cütlük özlərinə aid "Miraval" malikanəsini bölə bilməyib.

Belə ki, cütlük qarşılıqlı olaraq bir-birini məhkəməyə verib.Coli keçmiş əri Breddən bütün mesajları ictimaiyyətə yaymağını tələb edib.

Pitt isə aktrisanın bu tələbi qarşısında susmağı seçib.

 Xatırladaq ki, Ancelina ilə Bred övladlarının qəyyumluq problemini həll etdikdən sonra bu dəfə də "Miraval" malikanəsi uğrunda mübarizə aparmağa başlayıb.

Coli, keçmiş həyat yoldaşı Pittin "Miraval" malikanəsində nəzarəti ələ keçirməyə çalışdığını və ona sadəcə "susmaq üçün ərazi pay" verdiyini iddia edərək, Pittə milyonlarla dollarlıq məhkəmə iddiası irəli sürüb.

Pitt isə Colini öz növbəsində məhkəməyə verib.Ancelina 2021-ci ildə "Miraval" malikanəsininin şərab zavodunun səhmlərini rusiaylı iş adamı Yuri Şefflerə satıb.

Visiontv.az