Blinken: Danimarka və Nidelanddan Ukraynaya F-16 qırıcıları yollanır
12.07.2024

ABŞ Dövlət Katibi Antoni Blinken bildirib ki, ABŞ F-16 qırıcılarının ilk partiyası artıq Danimarka və Nidelanddan Ukraynaya ötürülmək üzrədir və təyyarələrdən bu yay Ukrayna səmasını qorumaq üçün istifadə edilə bilər.

Vaşinqtonda NATO sammiti çərçivəsində keçirilən tədbirdə çıxış edən Blinken yaxın günlərdə Ukrayna üçün yeni tədbirlər paketinin açıqlanacağını və Ukraynanın NATO-ya daxil olması üçün aydın və davamlı “körpü” qurulacağını bildirib.

NATO üzvləri Ukraynaya daha beş “Patriot” və digər strateji hava hücumundan müdafiə sistemlərinin çatdırıldığını açıqlayıb. Vaşinqton sammitində daha çox yardım elanları gözlənilir.

Prezident Co Bayden Nidelandın Baş naziri Dik Şof və Danimarkanın baş naziri Mette Frederiksenin Ukraynaya F-16-ların tədarükü ilə bağlı birgə bəyanatında ABŞ, Danimarka və Nidelandın Ukrayna Hərbi Hava Qüvvələrinin imkanlarını daha da gücləndirməyə sadiq olduqları qeyd edilib.

“Biz Ukraynanın müasir və çoxməqsədli F-16 təyyarələrinin eskadrilyalarının daxil olacağı Ukraynanın hava potensialını daha da gücləndirməyə sadiqik. Koalisiya onları əməliyyat və döyüşə hazır vəziyyətdə saxlamağa, habelə əməliyyat effektivliyini artırmaq üçün müvafiq pilot təlimi verməyə sadiqdir”, sənəddə vurğulanır.

Bayden Ukraynanın müasir Qərb təyyarələri ilə təmin edilməsi xahişinə müsbət cavab verib.

Blinken deyib ki, “Sülhə aparan ən sürətli yol güclü Ukraynadan keçir”.

Zelenski sosial şəbəkələrdə yazıb ki, yeni təyyarələr “ədalətli və davamlı sülhü yaxınlaşdıraraq, terrorun həmişə və hər yerdə məğlub edilməli olduğunu nümayiş etdirəcək”.

Ukrayna NATO-ya daxil olmaq üçün möhkəm təminat almaq istəyir.

Alyansın diplomatlarından biri bildirib ki, danışıqlar zamanı “Ukraynanın Avro-Atlantik inteqrasiyası, o cümlədən NATO üzvlüyünə dönməz yolu”na dəstək ifadə edən bəyanatın mətni razılaşdırılıb.

Ukraynanın NATO-ya üzvlüyü Baltikyanı və Şərqi Avropa ölkələrindən geniş dəstək alıb. NATO rəhbəri Yens Stoltenberq də Rusiyanın müdaxiləsindən sonrasilah tədarükünün eyni səviyyədə - ildə təxminən 40 milyard avro (43 milyard dollar) olacağını deyib

“Mən gözləyirəm ki, ABŞ seçkilərinin nəticəsindən asılı olmayaraq, ABŞ güclü və sadiq NATO müttəfiqi olaraq qalacaq”, Stoltenberq Vaşinqtonda keçirilən sammitdə deyib.

visiontv.az