Blinken Çində səfərdədir
24.04.2024

ABŞ dövlət katibi Entoni Blinken Çində səfərdədir.

Visiontv.az  APA -ya istinadən xəbər verir ki, bu barədə  ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller  "X" hesabında paylaşım edib.

Bildirilib ki,  ABŞ dövlət katibi Çinə səfəri çərçivəsində ilk dayanacağı olan Şanxay şəhərindədir.

"Onun səfəri əsas məsələlərdə irəliləyiş əldə etmək və ikitərəfli, regional və qlobal problemləri həll etmək üçün davamlı səylərimizin bir hissəsidir", - Miller qeyd edib.

visiontv.az