Süngün Mis Zavodu Futbol Klubu Azərbaycanın Traktor Futbol Komandası azarkeşlərinə çağırış edərək bu komandanın da Azərbaycanın olduğunu deyrək azarkeşsiz buraxılmamasını xahiş edib.
Güney Azərbaycanın Vərziqan rayunu Süngün Mis Zavodu Futbol Klubu çağırış kuboku üzrə səkkizdə bir mərhələsində Tehran şəhərinin “Havadar” Futbol Klubu ilə yarışacaq.
Qarşılaşmanın Tehranda keçiriləcəyi səbəbindən Süngün Futbol Komandası Traktor azarkeşlərinə çağırış edərək həmin yarışda komandaya azarkeşlik etmələrini xahiş edib.
Lakin məlumata əsasən yarışın keçiriləcəyi Ekbatan mikrorayonu Dəsgerdi adına Stadiumda yarışlar ümumiyyətlə azarkeşlərin iştirakı olmadan keçirilir və azarkeşlərin iştirak etməsi barədə hələ qərar verilməyib.
Süngün Futbol Komandası bəyanat yayaraq Təbrizdə Traktorun keçirəcəyi yarışda azarkeşlərin iştirak etmədikləri təqdirdə Dəsgerdi adına Stadiumda iştirak edərək Azərbaycanın komandasına azarkeşlik etmələrini xahiş edib.
“çağırış kuboku üzrə səkkizdə bir mərhələsində iştirak İran futbolo üzrə 16 güclü komandanın sıralarında olmaq anlamındadır. Süngün və Traktor da onların sırasındadır. Lakin birinin çevrəsi boş, digərinin çevrəsi izdihamlıdır”.
Bəyanatın davamında deyilir: “Süngün-Havadar yarışması aprel ayının 26-da keçiriləcək. Lakin birinci olaraq həmin gün Təbrizdə Traktora azarkeşlik və himayə olunmalıdır. Traktor Azərbaycanın görən gözü və parlaq çırağıdır”.
Süngün Futbol Komandası bəyanatının digər hissəsində adresatlarının “Azərbaycan futbolu azarkeşləri olduğu” qeyd olunaraq Ekbatan, Tehran, Kərəc, İslamşəhr, Şəhriyar şəhərində yaşayan azərbaycanlılardan xahiş olunub ki, “Təbrizə getmədiyiniz təqdirdə bizi unutmayın.
Süngün Komandası da Azərbaycanı təmsil edir və Ekbatanda traktor azarkeşlərinin yüzdə 1 faizi iştirak etsə bizə yetər. Görüşümüz aprelin 26-ı, saat 18:30, Dəsgerdi adına Stadium (Ekbatan)”.
visiontv.az