"Birləşdik -2024" təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar icra edilib
11.07.2024

"Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar uğurla icra edilib.

Müdafiə Nazirliyindən Visiontv.az-a verilən xəbərə görə, hazırlıq mərhələsinin növbəti günündə hərbi qulluqçularımız ştat silahlarının normal döyüş vəziyyətinə gətirilməsi üzrə tədbirləri yerinə yetiriblər.

Qeyd edilib ki, təlimdə əsas diqqət iştirakçı-ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsinə yönəldilib.