Bəs mən özüm, necə anlayıram “Sapere aude”ni?
22.04.2024

Aprelin 22-də görkəmli alman filosofu, Aydınlanma dövrünün ən böyük mütəfəkkirlərindən biri İmmanuel Kantın (1724 - 1804) 300 yaşı tamam olur. Almanlar bu yubiley münasibətilə özəl poçt markası buraxıblar.

"Sapere aude" eramızdan əvvəl yaşamış italyan şair Horatsinin istifadə etdiyi bir deyimdir.

Kant özünün “Aydınlanma nədir” (1784) adlı traktatında bu deyimi latın dilindən “Öz ağlını işlətmək üçün cəsarət göstər” kimi tərcümə etmişdir.

Poçt markasına da bu anlamlı kəlam yazılmışdır.

“Sapere aude” günümüzdə “Bilməyə cəsarət göstər” anlamında da istifadə edilir…

Yaxınlarda hörmətli Şəmil Sadıqov məni “Hədəf” şagirdləri ilə görüşə dəvət etmək istəyirdi.

Təəssüf ki, o gün artıq Bakıdan İstanbula dönüş yolunda idim.

Təyyarədə gənc həmyerlilərim qarşısında çıxış etsəydim nələrdən danışardım deyə düşündüm. Dəftərimə “Hədəf üçün Sapere aude” deyə kiçik bir qeyd yazdım.

Sonra da öz-özümə sordum ki, bəs mən özüm, necə anlayıram “Sapere aude”ni?

“Sapere aude” oxumaq, təhsil və həyat yolu yolu üçün mükəmməl bir devizdir.

Bilməyə cəsarət göstərmək gənclərə sonsuz perspektivlər açır.

Çünki,

Sapere aude

bilinəndən kənara çıxmaq, yeniliklərə yelkən açmaqdır;

bəsit düşüncədən qurtulmaq, cahilliyə savaş açmaqdır;

doqma və qərəzlərə qalib gəlməkdir;

biliyə aparan yoldakı maneələri aşmaqdır;

əzbərçilik deyil, oxuduğunu dərk etməkdir;

başqasından köçürməməkdir;

səhv etməkdən qorxmamaqdır, səhvlərini etiraf edib, onları düzəltmək və bundan dərs çıxarmaqdır;

hədəfi doğru qoyub, ona çatmaqdır;

Sapere aude Gələcəyin Elmlə Gələcəyini şəksiz qəbul etməkdir…

İbrahim Nəbioğlu

visiontv.az