Bayden administrasiyası qarşıdakı aylarda İran hökumətini məsuliyyətə cəlb etməyə davam edəcək
27.07.2024

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O, Tehran rejiminin Hizbullah, HƏMAS, Husiləri dsətəklədiyini deyib, husilərin ticarət gəmilərinə hücumları və Rusiyanın Ukraynaya qarşı müharibəsini himayə etməyi İranın sabitliyi pozan əməlləri kimi qiymətləndirib.

Con Kirbi daha sonra ABŞ-ın son üç il yarım ərzində İslam Respublikasına qarşı 600-dən çox sanksiyalarına işarə edərək əlavə edib ki, Bayden administrasiyası qarşıdakı aylarda İran hökumətini məsuliyyətə cəlb etməyə davam edəcək. 

Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru İranın ABŞ-da baş verən etiraz aksiyalarındakı roluna da toxunub.

"Milli Kəşfiyyat İdarəsinin məlumatlarına istinadən İran ABŞ-da baş verən etiraz aksiyalarının bir qismini təşkil edir və maliyyələşdirir",- Kirbi qeyd edib.

visiontv.az