Ərak şəhərinin İnqilab Məhkəməsinin Məhkəmə Qərarlarının İcrası İdarəsinin 7-ci bölməsi azərbaycanlı müəllim Məhəmməd Sadiqiyə çağırış göndərib.
Bu barədə Müəllimlərin Həmkarlar İttifaqı Koordinasiya Şurası məlumat yayıb.
Ondan barəsində çıxarılan 1 illik həbs cəzasını çəkməsi üçün aprelin 20-də Ərak məhkəməsinin adı çəkilən bölməsinə getməsi istənilib.
Qeyd edək ki, Azərbaycanlı müəllim İran məktəblərində şagirdlərin kütləvi zəhərlənməsi ilə bağlı keçirilən aksiyalarda iştirak etdiyinə görə saxlanılıb.
7 may 2022-ci ildə həbs edilən müəllim bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.
visiontv.az