Azərbaycanda 2000-2024-cü illərdə nəqliyyatda daşınan yüklərin həcmi 3 dəfə artıb
14.03.2025

Azərbaycanda 2000-2024-cü illər ərzində nəqliyyat sektorunda daşınana yüklərin həcmi və sərnişimlərin sayı müvafiq olaraq 3 dəfə və 2,4 dəfə artıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Hesabata əsasən, ölkədə nəqliyyat sektorunda 238,8 mln. ton yük və 2 088,2 mln. sərnişin daşınıb, 2000-ci ildə isə sektor üzrə 80,2 mln. ton yük və 871,5 mln. sərnişin daşınıb.

Qeyd olunur ki, nəqliyyat sektoru üzrə 2024-cü il ərzində daşınan yüklərin 143,5 min tonu avtomobil, 18,5 mln. tonu dəmir yolu, 8,6 mln. tonu su, 0,411 mln. tonu hava nəqliyyatı ilə daşınmış, 67,8 mln. tonu isə boru kəmərləri ilə nəql olunub.

“Bütün növ nəqliyyat vasitələri ilə daşınmış səmişin sayı 2023-cü ilə nisbətən 8,6% artaraq 2 088,2 mln. nəfər, ümumi sərnişin dövriyyəsi isə 16.5% artaraq 39 411,8 mln. sərnişin-km təşkil edib”, - hesabatda qeyd olunur.

Sənəddə vurğulanır ki, ötən nəqliyyat sektorunda sərnişinlərin 1846 mln. avtomobil nəqliyyatı, 229,6 mln. metro, 4014,7 mini hava, 8,5 mln. dəmir yolu, 28.4 mini isə su nəqliyyatı vasitəsi ilə daşınıb.



Gündəlik

slide 7 to 10 of 8