Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin növbəti görüşü Pakistanda keçiriləcək
28.07.2021

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli formatının növbəti görüşü 2022-ci ildə Pakistanda keçiriləcək. Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, bu format üç qardaş ölkələr arasında münasibətləri daha da irəli aparacaq. O həmçinin Azərbaycan, Türkiyə və Pakistan dövlət başçıları arasında da üçlü formatın yaradıla biləcəyini diqqətə çatdırıb.