Almaniya polisi Rusiyaya casusluq etməkdə şübhəli bilinən iki nəfəri həbs edib
18.04.2024

Almaniya polisi Rusiyaya casusluq etməkdə şübhəli bilinən iki nəfəri həbs edib

Bavariyanın Bayreuth şəhərinin polisi Rusiyaya casusluq etməkdə şübhəli bilinən iki nəfəri həbs edib.

APA  DW-yə istinadən xəbər verir ki, federal polis Dieter S. və  Alexander J.-ni həbs edib və Bavariya əyalət polisi ilə birlikdə müttəhimlərin evlərində və iş yerlərində axtarış aparıb.

Almaniya Federal Prokurorluğu bildirib ki, hər iki şəxs təxribat məqsədləri üçün agent kimi fəaliyyət göstərməkdə və partlayıcı maddələr hazırlamaqda ittiham olunur.

Separatçı "Donetsk Xalq Respublikası" ilə əlaqəsi olan şəxslərin Almaniyadakı ABŞ hərbi obyektləri də daxil olmaqla, potensial hücum hədəflərini müəyyən etdikləri qeyd olunub

Prokurorlar Rusiya məxfi xidmət agenti ilə əlaqə saxlayan Dieter S.-in partlayış və yanğın törətməyə cəhddə ittiham olunur.

Təqsirləndirilən şəxsin agentlə 2023-cü ilin oktyabr ayından mümkün təxribat aktı ilə bağlı əlaqədə olduğu bildirilir.

İddialara görə, şübhəli şəxs Almaniyada hərbçilərin istifadə etdiyi infrastruktura və sənaye obyektlərinə hücumlar həyata keçirməyə hazır olduğunu bildirib. Prokurorluq bildirib ki, o, potensial hücum hədəfləri, həmçinin ABŞ-ın hərbi obyektləri haqqında məlumat toplayıb və Alexander J. ona 2024-cü ilin martından kömək edir. Dieter S. hədəfə alınmış bəzi obyektlərin, hərbi nəqliyyat və malların foto və videolarını çəkib və topladığı məlumatları rusiyalı məxfi agentə ötürüb.

visiontv.az