Ağ Ev Ukraynanın ərazi itkilərinin səbəbini açıqlayıb
25.04.2024

“Ukraynada ərazi itkilərinə donor ölkələrin vəd olunan hərbi dəstəyi gecikdirməsi səbəb olub".

APA  “Reuters“ə istinadən xəbər verir ki, bunu  ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

O deyib ki, son həftələrdə ölkəsi Ukraynaya “ATACMS” uzaqmənzilli raketləri göndərib. C. Sallivanın sözlərinə görə, 300 kilometrlik məsafədəki hədəfləri vurmağa qadir olan analoji raketlərin təchizatı həm də martın 12-də qəbul olunan yardım paketinə daxil edilib:

“Bu qərar qəbul edilərkən, Rusiyanın Ukraynada  vacib infrastruktur obyektlərinə zərbələr endirdiyi nəzərə alınıb. Biz Rusiyanı cavab tədbirləri görəyəcimiz barədə xəbərdar etmişdik” – deyə,  ABŞ rəsmisi bildirib.

visiontv.az