ABŞ Dövlət Departamenti sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaq əvəzinə neqativ şərh verir
18.04.2024

ABŞ Dövlət Departamenti sülhməramlıların Qarabağdan çıxarılmasına görə Rusiyanın “etibarsız müttəfiq” adlandırıb.

ABŞ- Dövlət Departamenti sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaq əvəzinə neqativ şərh edib. Bu ABŞ-ın rikayarlığının növbəti dəfə nümayişidir.

Son dörd ildə ara Azərbaycanla , ara Ermənistanla separat danışıqlara gedib, prosesi üç tərəfli razılaşma formatından çıxartdı və prosesə öncə Fransa, sonra Avropa Birliyi, ardınca da regiona kənar qüvvələr soxuldu.

Dünyanın bütün bölgələrindən Rusiyanı çıxarmağa çalışan ABŞ sən demə rus hərbiçilərinin Qarabağda qalmasını arzulayırmış.

ABŞ dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadan sülhməramlı kontingentini çıxarmağa çağırıb.

2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasını çağırmış və bunu alqışlamışdı.

ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlamalı və buna görə şəxsən Azərbaycan Prezidentini təbrik etməli idi.

Məsələ ondadır ki, ABŞ-ın Rusiyanın sülhməramlı kontingentinin Dnestryanı, Abxaziya, Cənubi Osetiyadan çıxarılmasına çağırışının da səmimiyyəti elə bu qədərdir.

Ukrainada da həmçinin …

Siyasi şərhçi Yeganə Hacıyeva

visiontv.az