ABŞ-da noyabrın 8-də keçirilən aralıq seçkilərdə bu saata (noyabrın 9-u Bakı vaxtilə səhər saat 8.30) olan vəziyyət hələlik belədir:
Nümayəndələr Palatasına seçkilər:
Demokratlar - 97 yer ( əvvəlki seçkilərlə müqayisədə 4 dairə üzrə yerlər itirilib)
Respublikaçılar - 151 yer (2 yer qazanılıb)
Senata seçkilər:
Demokratlar - 41 yer
Respublikaçılar - 44 yer
Digərləri - 2 yer
Ştatlarda qubernator seçkiləri:
Demokratlar - 13 ştatda (2 əlavə yer qazanılıb)
Respublikaçılar - 22 ştatda (2 yer itirilib)
Bir daha qeyd edim ki, bunlar Bakı vaxtilə noyabrın 9-u saat 8.30-a (ABŞ Şərq zolağı vaxtilə 23.30) olan vəziyyəti əks etdirir və tam olmasa da ümumi mənzərəni anlamağa kömək edir. Ümumi mənzərə isə belədir ki, demokratlar Konqresin hər iki palatasında azlıqda qala bilərlər. Seçkiqabağı sorğular da bunu göstərirdi.
ABŞ Konqresində çoxluq əldə etmək üçün Senatda 51, Nümayəndələr Palatasında isə 218 yer qazanmaq tələb olunur.
Keçmiş prezident Donald Tramp bildirib ki, noyabrın 15-də ciddi bir anons verəcək. Yəqin ki, 2024-cü il prezident seçkilərinə qatılacağını elan edəcək. ABŞ seçkiləri təkcə ölkənin özünə deyil bütün dünyada vəziyyətə təsir etdiyi üçün dünya mediasının diqqət mərkəzindədir.
Politoloq Ərəstun Oruclu
Visiontv.az