5-ci nəsil uçaq motoru yapmaq atom bombası yaratmaqdan daha çətindir
24.07.2024

Motor və ya mühərrik üzrə Türkiyənin ən böyük mütəxəssisi Mahmut Faruk Akşit deyir ki, 5-ci nəsil uçaq motoru yapmaq atom bombası yaratmaqdan daha çətindir. Məsələn, Pakistanın 50 ildir ki, nüvə silahı var, ancaq təyyarə motoru hələ də istehsal edə bilmir. Pakistana düşmən olan Hindistanda isə nüvə silahı xeyli əvvəl ortaya çıxıb. Hindistanın necə təyyarə motoru varmı? Yoxdur. Çində necə? Çin motor istehsal edirmi? Edir. Motor satışından dünyanın parasını qazanır. Ancaq o motorlar Rusiya və Ukraynanın lisenziyası əsasında ərsəyə gəlir. Bu faktdır ki, Çinin özünün yaratdığı motor hələ ki yoxdur...

Bunları niyə yazıram? Deməli, 7-8 il əvvəl Türkiyədə istehsal olunmuş bir robot haqqında yazmışdım. Düzdür, bu robot “Know-How” hesab oluna bilməzdi. Ancaq bu robot ən azı Türkiyənin çağdaş texnologiyalara can atdığını göstərirdi. Onda Türkiyənin siyasi həyatı barədə geniş bilgilərə malik olan Şahin Cəfərli bu robot haqqında istehza ilə bir-iki kəlmə demişdi. Yəni Türkiyə hara, robot hara? Bu, boş söhbətdir və.s. İslamçı AKP texnologiyada nə uğur qazana bilər ki...

Ümid edirəm ki, Amerika aşiqi olan və AKP-yə potoloji nifrəti olan hörmətli Şahin Cəfərli Türkiyə sənayesinin əldə etdiyi nailiyyətlərə indi daha ciddi münasibət bəsləyir...

Mustafası bu ki, Türkiyədə texnologiya sahəsində köklü və inqilabi dəyişikliklər baş verir. Və bu dəyişikliklər Türkiyənin siyasi, iqtisadi və hərbi çəkisini də artırır...

Sirr deyil ki, Pakistan, Azərbaycan və Türkiyə arasında xüsusi münasibətlər var. Ola bilərmi ki, Türkiyə motor istehsalında əldə etdiyi nailiyyətləri Pakistana ötürsün. Pakistandan isə nüvə texnologiyası ilə bağlı bilgilər alsın? Bu mübadilə hər iki dövlətin daha da güclənməsinə təkan verməzmi?

Şübhəsiz ki, bu kimi həssas məsələlərə rasional yanaşma Türkiyəyə böyük üstünlüklər qazandıra bilər. Türkiyənin yüksəlişi isə Azərbaycanın, Bütövlükdə Türk və İslam Dünyasının yüksəlişi deməkdir...

Bir çoxlarının cahil hesab etdiyi islamçı AKP Türkiyəni çağdaş texnologiyalara söykənən ən modern texniki vasitələrin istehsalçısına çevirdi. Əminəm ki, nə vaxtsa AKP iqtidardan getsə belə Türkiyənin yeni texnologiyalara doğru başladığı müzəffər yürüş davam edəcək. Qərbin, xüsusi ilə ABŞ-ın Türkiyənin texniki inkişafına əngəl törətmək üçün yapdığı bütün yaramazlıqlara rəğmən qardaş ölkə stabil və əmin addımlarla irəli gedəcək. Türkiyə lokomotiv kimi Türk və İslam Dünyasını da özü ilə yeni sivilizasiyaya doğru aparacaq...

Elbəyi Həsənli

visiontv.az