35 yaşlı qadın ATU-nun klinikasında İNTİHAR ETDİ
04.07.2022

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında intihar baş verib.

Visiontv.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, iyulun 2-də xəstəxanada müayinəyə gəlmiş 1986-cı il təvəllüdlü Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsindən atıb. O, binanın 4-cü mərtəbəsinin eyvanına çırpılaraq vəfat edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.