Elnur Allahverdiyev Millət vəkili
Vikipediyada vətənpərvər, savadlı könüllü gənclərimizi dəstəkləmək lazımdır - Elnur Allahverdiyev

Dünyanın ən böyük saytlarından biri olan Vikipediya iri təbliğat platformasıdır. Son aylar milli mediamızda Vikipediyaya maraq artıb. Saytın Azərbaycan seqmentində ölkəmizin tarixi və bu günü, Qarabağ problemi barədə məqalələr yaradılır, mövcud olanlara düzəlişlər edilir, Vikipediyada işləyə biləcək könüllülərin hazırlanması üçün təlimlər təşkil olunur. Bu da təbii ki, mediamızın diqqətindən kənarda qalmır.

03.03.2021
Mətbuat konfransı ilə Prezident informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi

Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətləri, regionda yaranmış yeni reallıqlar və bölgənin gələcəyinə yeni baxış nöqteyi-nəzərindən kifayət qədər uğurlu oldu. Dövlətimizin başçısı bütün suallara tutarlı, dəqiq və faktlarla cavab verərək, aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi. Bu mətbuat konfransı ilə Prezident İlham Əliyev informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi.

02.03.2021
Eko-şəhər üçün Şuşada bütün tələb olunan şərait var - deputat Elnur Allahverdiyev

“Ermənilər bizim yaşayış məntəqələrini talayıb qarət etməklə yanaşı, təbiətimizə də ziyan vurublar. Ağacları kəsiblər, meşələri məhv ediblər, çaylarımızı zəhərləyiblər, faydalı qazıntıları oğurlayıblar. Bizim qarşımızda tək şəhər və kəndləri deyil, təbiəti də bərpa etmək vəzifəsi durur”. 

25.01.2021
Bütün çətinliklərinə rəğmən, 2021-ci ilin büdcəsi sosialyönümlüdür - deputat Elnur Allahverdiyev

Milli Məclisin deputatları 2021-ci ilin Dövlət büdcəsini təsdiq etdi. Əksər mütəxəssislər o cümlədən millət vəkilləri büdəcinin sosialyönümlü olduğunu deyilər. Bir qism isə ziddiyətli münasibət bildirir. Müsahibimiz Milli Məclisin deputatı Elnur Allahverdiyevdir.

30.12.2020
Biz bu ili Zəfərlə başa vururuq - deputat Elnur Allahverdiyev

“Biz bu günlər çox tarixi anlar yaşayırıq. 100 illik parlament tariximizdə ilk dəfə qalib dövlətin, öz əzəli torpaqlarını işğaldan azad etmiş dövlətin növbəti il büdcəsini müzakirə edirik. Təbii ki, büdcə maddələri detallarla, ayrı-ayrılıqda incələnib və bu barədə həm hökumət nümayəndələrinin, həm də Hesablama Palatasının rəyləri var. Ümumən demək olar ki, bütün sahələrdə xərclərdə artım var. Bu, ilk növbədə dövlətin maliyyə ehtiyatlarının möhkəmliyi, iqtisadiyyatın dayanıqlığının göstəricisidir”.

28.12.2020
Türkiyəyə qarşı sanksiyalar qərəzlidir - deputat Elnur Allahverdiyev

“S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyalar qəbuledilməzdir.

17.12.2020
“Vikipedia”da Vətən üçün çalışmaq istəyən gənclərimizə xüsusi təlimlər keçiriləcək - deputat Elnur Allahverdiyev

Vətən müharibəsi günlərində xalqımızın hər bir üzvü müqəddəs savaşımızın carçısı, təbliğatçısına çevrildi. Xarici kütləvi informasiya vasitələrinin paylaşımlarına yazılan şərhlərdə, sosial şəbəkələrdə misilsiz fəallıq göstərən vətəndaşlarımız qəhrəman döyüşçülərimizin Vətən uğrunda ölüm-dirim mübarizəsinə özünəməxsus dəstək vermiş oldular, düşməni tək döyüş meydanında deyil, informasiya mübarizəsində də susdurmağı bacardıq.

09.12.2020
Feysbuk dostlarımızın TƏRS sualına millət vəkili Elnur Allahverdiyevin DÜZ cavabı

Bu həftə Feysbuk vasitəsilə ünvanladığımız suallara Milli Məclisin deputatı Elnur Allahverdiyev cavab verib.

08.12.2020
GUAM üzrə tərəfdaşlarımız Azərbaycanın hərbi-diplomatik qələbəsini çox yüksək qiymətləndirir - deputat Elnur Allahverdiyev

Dekabrın 2-də həmkarlarım Əli Məsimli, Nəsib Məhəməliyev, Qüdrət Həsənquliyev və Cavid Osmanovla GUAM PA komitələrinin 4-cü Birgə iclasında iştirak etdik. Gündəlikdə həm təşkilat, həm bölgəmiz, həm də bilavasitə dövlətimizin maraqları çərçivəsinə daxil olan bir neçə aktual məsələlər ətrafında disskusiya apardıq.

03.12.2020
Fransa Senatının qətnaməsinə cavab Şuşada dalğalanan bayrağımızdır - deputat Elnur Allahverdiyev

Fransa Senatında qəbul edilən qərara ən tutarlı cavab Azərbaycanın üçrəngli bayrağının mədəniyyət beşiyimiz olan Şuşada dalğalanmasıdır. Ən təsirli cavabımız Senatın müdafiə etdiyi ermənilər tərəfindən viran qoyulmuş Ağdam məscidinə Prezident İlham Əliyevin hədiyyə etdiyi Qurandır. İşğaldan azad olunmuş şəhər və kəndlərimizdə duran zabit və əsgərlər döyüş meydanında Ermənistan silahlı qüvvələrini əzərək işğalçının cavabını verib. Fransa Senatı istəyirsə, bunu qətnaməsinə cavabımız kimi qəbul edə bilər.

27.11.2020
Ermənilər Kəlbəcəri qaytarmamaq üçün nə üsullara əl atmadılar? - deputat Elnur Allahverdiyev

Noyabrın 25-dən etibarən doğma Kəlbəcərimiz, Ana Vətənimizin ayrılmaz parçası olan bu dilbər guşəmiz düşmən tapdağından azad olundu. Erməni qəsbkarları Kəlbəcəri qaytarmamaq üçün nə üsullara əl atmadılar? 27 ildir işğal altında saxladıqları rayonda daşı daş üstünə qoymayan düşmən yalnız bizə məxsus olanı mənimsəməyə, tarixi abidələrimizi saxtalaşdırmağa, təbiətimizə ziyan vurmağa, talamağa çalışdı. Kəlbəcərin adını dəyişdirməyə, yaddaşlardan silməyə, burada Ermənistandan və xarici ölkələrdən olan soydaşlarını məskunlaşdırmağa cəhd etdi. Düşündü ki, Vətəni unudacağıq. Ancaq unutmadıq, Kəlbəcəri, Şuşanı, Ağdamı heç vaxt görməyən yeni nəsil zabit və əsgərlərimiz yurdumuzu düşmən tapdağından qurtardı.

26.11.2020