22.09.2019
Ara
İşkal
alt

İşğal olunmuşdur 1993 – cü il 23 avqust
Ərazisi 1112 km2

Əhalinin sayı 95940
Şəhid olmuşdur 528

Əlil olmuşdur 1309
Milli qəhramanlar 6
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Mədəni – məişət obyekti 145
Qəsəbə və kənd 54
Tarixi abidə 15

 

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.

 

Tarixi

Respublikamızın iri yaşayış məntəqələrindən olan Fuzuli rayonu 1827-ci ildə yaranmışdır. Həmin vaxtdan formalaşmış və Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin rayonu adlandırılmışdır. Rayonun mərkəzi Qaryagin qəsəbəsi olmaqla Qozlucayboyu, Kondələnboyu, Arazboyu və Fuzuli – Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir.1959-cuildə boyuk şair Məhəmməd Fuzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişilmiş və Fuzuli rayonu adlandırılmışdır. Rayonun sahəsi 1386 kvadrat km, əhalisi isə 105 min nəfərdir. İşğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 78 kənd vardı. Ən iri yaşayış məntəqələri Fuzuli şəhəri, şəhər tipli Horadiz qəsəbəsi, Boyuk Bəhmənli, Horadiz və Qacar kəndləridir. Hazırdarayonun işğalından azad olunmuş ərazisində 13 qəsəbə və 22 kənd vardır. Qəsəbələrdən 12-i Respublika Prezidentinin 7 sentyabr 2001-ci il tarixli 577 saylı və 13 may 2002-ci il tarixli 700 saylı Fərmanları ilə Dovlət Neft Fondundan ayrılmış vəsait hesabına işğaldan azad olunmuş ərazidə məcburi kockun ailələri ucun yeni qəsəbə salınmışdır.

Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal – Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.

Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.

 

İşğalı

1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndini işğal edib, insanları doğma yurd-yuvasından didərgin salıblar. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılıb. Müharibə zamanı rayon sakinlərindən 657 nəfəri şəhid olub, 181 nəfər itkin düşüb, 1341 nəfər sağlamlığını itirib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

1994-cü ilin yanvarında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Hazırda rayonun 1382 kvadratkilometr ərazisinin 682 kvadratkilometri işğal altındadır. Rayon əhalisinin 67 min nəfəri işğaldan azad edilmiş ərazidə, 55 min nəfəri isə məcburi köçkün kimi Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Beyləqan, İmişli, Sabirabad, Saatlı və digər rayonlarda məskunlaşıb.

Füzuli rayonu tarixi, mədəniyyət və memarlıq abidələri - mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə də zəngindir. Təəssüf ki, bu nadir abidələrin bir çoxu, eləcə də Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib.

1996-cı ildən etibarən rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Son 12 ildə Prezident İlham Əliyev Füzuliyə beş dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair beş Sərəncam imzalayıb. Bu dövrdə məcburi köçkünlər üçün rayon ərazisində 16 qəsəbə salınıb, işğalçılar tərəfindən yandırılmış və dağıdılmış evlər, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri bərpa olunub. Rayonda Müalicə-Diaqnostika Mərkəzi, su elektrik stansiyası, 24 məktəb tikilib, 2180 şagird yerlik 12 məktəb binası əsaslı təmir edilib. Əhmədbəyli-Alxanlı-Zobucuq, həmçinin Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər avtomobil yolları yenidən qurulub. Əhmədbəyli kəndində soyuducu anbar kompleksi, Qarabağ kəndində “Qarabağ broyler” quşçuluq müəssisəsi yaradılıb.

Horadizdə işğal zamanı yandırılmış və dağıdılmış 6 küçə yenidən qurulub, 227 ev bərpa olunaraq sahiblərinin istifadəsinə verilib. Heydər Əliyev Mərkəzi, Heydər Parkı, Muğam Mərkəzi, Gənclər Mərkəzi, Olimpiya İdman Kompleksi, rayon icra hakimiyyəti, polis və təhsil şöbələri, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi üçün inzibati binalar, Bayraq Meydanı, müasir uşaq bağçası, tarix-diyarşünaslıq muzeyi, tikiş fabriki tikilib istifadəyə verilib, mədəniyyət sarayı, şahmat məktəbi, dəmir yolunun Horadiz stansiyası yenidən qurulub. Horadiz qəsəbəsinə şəhər statusu verilib.

Şərh yazın