Zərifliyin 7 qaydası
24.05.2019

O, kişiləri yoldan çıxaran ən xırda təfərrüatlarda, hərəkətlərdə və xoş təbəssümdə gizlənib.

Zəriflik hissedilməzdir, amma o, yerişdə, danışıq tərzində, hətta səsdə belə özünü göstərir. O, kişiləri yoldan çıxaran ən xırda təfərrüatlarda, hərəkətlərdə və xoş təbəssümdə gizlənib. Qadın eleqantlığı haqqında yüzlərlə məqalə yazılıb, treninqlər keçirilib və çoxlu filmlər çəkilib. Bu yazıda qadını zərif göstərən 7 vacib davranış qaydasını təqdim edirik. Zərifliyi dərk edin
İşlərin çoxluğundan biz tez-tez əllərimizi-qollarımızı çırmalayıb ora-bura qaçmalı oluruq. Və ya metroda ən sərt baxış müsabiqəsinin iştirakçısı kimi otururuq. Niyə belə olur? Çünki öz üz ifadəsini unudur, nəticədə isə inanılmaz dərəcədə qaşqabaqlı görünürük. 

Eleqant qadın isə hər saniyənin qədrini bilir və özünü dərk edir. Bu, faktiki olaraq onun həyat tərzidir. O, özünü gülmüsəməyə məcbur etmir, daim xoş görünməyə can atmır, amma öz obrazı barədə də unutmur. Özü də nəinki əhalinin gur olduğu, hətta tək olduğu yerlərdə də onlar hərəkətlərinə və üz ifadəsinə nəzarət edir. Səbəbi isə başqa cür özünü rahat hiss edə bilməməsidir. Onu da yadda saxlayın ki, qadının üzünün ifadəsi geyimindən daha vacib hesab olunur.

İncəliyi vərdişə çevirin
Bütün bu elementar vərdişlərə yiyələnməyə çalışın: Üz ifadəsini unutmayın, yerişinizə diqqət edin, qamətinizi düz saxlayın, hərəkətlərdə isə rəvanlıq hissi olmalıdır. Qulağınızda sırğa edin ki, zərifliyi öyrənmək və onu «inkişaf etdirmək» mümkündür. Bu, səhər saat yeddidə durmaq və ya hər axşam gəzintiyə çıxmaq kimidir.