Yaz ağacəkmə kampaniyası davam edir
06.04.2019

Yaz ağacəkmə kampaniyası davam edir

06 aprel 2019-cu il tarixində Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.

Aksiyada Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşları və ETSN-nin kollektivi iştirak edib.

“Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı 2 hektar ərazidə 1500 badam ağacı əkilib.

Qeyd edək ki, ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağacəkmə aksiyalarına qoşulmağa çağırır.

eco.gov.az