Whatsapp daxilində reklam elanları göstəriləcək
24.05.2019

Gələn ildən başlayaraq Whatsapp daxilində reklam elanları göstəriləcək

Whatsapp pulsuz tətbiq olsa da Facebook şirkəti onun daxilinə reklam elanlarını əlavə edərək messenceri gəlirli etmək istəyir. Beləliklə gələn ildən başlayaraq messencer daxilində reklam elanları istifadəçilərə göstəriləcək. Bu barədə Gagadget saytı xəbər verib. Reklam elanları Instagram Stories-də olduğu kimi Whastapp-ın statuslar bölməsində təqdim olunacaq.  Reklam elanı ekranı tamamilə əhatə edəcək və reklamda olan şirkətin adını əks etdirəcək. İndiki halda məlum deyil ki, Facebook şirkəti reklam elanlarını statuslar bölməsindən başqa yerə yerləşdirəcək yoxsa yox. Şirkət həmçinin messencer daxilində alış-veriş prosesini də sadələşdirmək niyyətindədir. Beləliklə məhsullardan ibarət kataloqlara baxmaq və brauzerə daxil olmadan həmin kataloqları dostlara göndərmək mümkün olacaq.