Valtteri Bottas əsas rəqibinin adını çəkdi
28.04.2019

Bottas: "Luis davamlı şəkildə mənə təzyiq göstərirdi"

Bottas: "Luis davamlı şəkildə mənə təzyiq göstərirdi"

Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk üç yeri tutan pilotlar yarışdan sonra mətbuat nümayəndələrinin suallarına cavab veriblər və yarış haqqında fikirlərini bölüşüblər. Sputnik Azərbaycan yarışın rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, birinci yeri tutan “Mercedes” komandasının pilotu Valtteri Bottas mübarizənin ağır keçdiyini söyləyib:

“Çox hadisə baş vermədi. Amma Luis davamlı şəkildə mənə təzyiq göstərirdi. Damalı bayrağı ilk gördüyüm üçün və birinci yerə sahib olduğuma görə çox xoşbəxtəm”.

Yarışı ikinci olaraq bitirən Luis Hemilton isə bunları deyib: “Həqiqətən də komanda yoldaşım yaxşı sürdü və səhvə yol vermədi. Bu, komandamın mövsümə ən yaxşı başlanğıcıdır. Bu kollektivin bir hissəsi olmaqdan çox məmnunam”.

“Ferrari” komandasının sürücüsü Sebastyan Fettel isə yarışı üçüncü pillədə başa vurmağın və komanda yoldaşı Şarl Leklerin dövrəni ən tez tamamlamasının komandaları üçün önəmli olduğunu bildirib.