Türkiyənin Konya vilayətində poçt şöbəsində partlayış baş verib.
Visiontv.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.
Partlayışın səbəbi və digər təfərrüatlar barədə məlumat verilmir.