Türkiyədə 51 nəfər terror şübhəsi ilə həbs edildi
25.03.2019

Türkiyədə 51 nəfər terror şübhəsi ilə həbs edildi

Türkiyədə FETÖ şəbəkəsinə qarşı əməliyyatlar davam edir.

Visiontv.Az teleqraf.com-a istinadən xəbər verir ki, Türkiyə hüquq mühafizə orqanları Adana şəhərinin 33 qəsəbəsində əməliyyat keçirib, 41 vəzifəli şəxs daxil olmaqla 51 nəfər saxlanılıb.

Saxlanılanlardan 41 nəfəri hazırda Türk Silahlı Qüvvələrində zabit kimi xidmət edir.

Eyni zamanda çoxlu sayda ünvanda axtarış həyata keçirilib.

Hazırda əməliyyatlar davam edir.