Tovuzda polis maşını minik avtomobili ilə toqquşub
11.05.2019

Hər iki sürücü xəsarət alaraq, xəstəxanaya yerləşdirilib

Tovuz rayonunun Düz Qırıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

ONA-nın məlumatına görə, DYP-yə məxsus "Mercedes" markalı və vətəndaşa məxsus "Mitsibushi Pajero" markalı avtomobillər toqquşub.

***

17.31

Bakı-Qazax yolunun Tovuz rayonunun Düz Qırıxlı kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

ONA xəbər verir ki, minik maşını Baş Dövlət Yol Polisinin 9-cu Tağımının Yol Patrul Xidmətinin avtomobili ilə toquşub.

 

Nəticədə hər iki sürücü xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

 

Araşdırma aparılır.