Tər qoxusuna son - Resept
15.06.2019

Sizə təqdim edəcəyimiz qarışım tamamilə təbii məhsullardan ibarətdir.

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir.

VisionTv.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlarda döş xərçənginə səbəb ola bilir.

Sizə təqdim edəcəyimiz qarışım isə tamamilə təbii məhsullardan ibarətdir.

Lazım olanlar:

8 x.q kokos yağı
yarım fincam qarğıdalı nişastası
yarım fincan soda
4-5 damcı hər hansı təbii ətirli yağ

Hazırlanması:

Soda və qarğıdalı nişastasını qarışdırın. Kokos yağı əlavə edin. Daha sonra istədiyiniz yağı əlavə edərək qaba doldurun. Bu köhnə dezodorant qabı da ola bilər. 
Qarışımı 2 həftə ərzində istifadə etmək lazımdır.