Təhsil müəssisələri üçün dövlət rüsumunun MƏBLƏĞİ müəyyənləşdi
12.03.2019

Təhsil müəssisələri üçün dövlət rüsumunun MƏBLƏĞİ müəyyənləşdi

Təhsil müəssisələrinin akkreditasiyadan keçməsinə görə tutulan dövlət rüsumunun məbləği müəyyənləşib. 

Visiontv.Az ONA-ya istinadən xəbər verir ki, "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliyə görə, təhsil müəssisələrinin akkreditasiyadan keçməsinə görə dövlət rüsumları 20 manat olacaq. 

 

Həmin təhsil müəssisələrinin siyahısına məktəbəqədər, ümumi, məktəbdənkənar, peşə təhsili, orta ixtisas, ali təhsil, əlavə təhsil və təhsil fəaliyyətini həyata keçirən digər təhsil müəssisələri daxildir.