Star neft emalı zavodu ildə 500 milyon dollar məbləğində məhsul ixrac edəcək
27.03.2019

Star neft emalı zavodu ildə 500 milyon dollar məbləğində məhsul ixrac edəcək

"Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən "Star" neft emalı zavodu ildə 500 milyon dollar məbləğində məhsul ixrac edəcək".

Visiontv.Az Trend-ə istinadən xəbər verir ki, bunu zavodun baş direktoru Mesut İlter deyib.

O bildirib ki, zavodda bütün sınaq işləri başa çatıb.

M.İlter qeyd edib ki, hazırda "Star" neft emalı zavodu fəal işləyir və tezliklə tam istehsal gücünə çatacaq:

 

"Bu ilin qalan hissəsində zavod 7,5-8 milyon ton neft emal edəcək, 2020-ci ildə isə müəssisə bu göstəricini 10 milyon tona çatdıracaq".

O əlavə edib ki, "Star" neft emalı zavodu tam istehsal gücünə çatandan sonra "Petkim"in xammal tələbatını tam ödəyəcək.

M.İlterin sözlərinə görə, "SOCAR Turkey Energy"nin planlaşdırdığı ikinci neft-kimya zavodunin istifadəyə verilməsinədək bu zavod 500 milyon dollar məbləğində və ya 700 min ton xammal ixrac edəcək.