Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi (Azərbaycan) ilə
Beynəlxalq Elm və Təhsil Mərkəzi (INSEC) (Gürcüstan) arasında
ƏMƏKDAŞLIQ MEMORANDUMU imzalanıb
Vision TV-xəbər verir ki, Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi (Azərbaycan) ilə
Beynəlxalq Elm və Təhsil Mərkəzi (INSEC) (Gürcüstan) arasında Aparılan danışıqlardan sonra aprelin 5-də memorandum imzalanıb.
Qeyd edilib ki,Əməkdaşlıq çərçivəsində qarşıdakı dövrdə təlimlər təşkil olunacaq.
Tərəflər əməkdaşlığı aşağıdakı istiqamətlərdə həyata keçirəcəkdir.
- Müştərək akademik tədqiqat layihələrini həyata keçirmək və qarşılıqlı hesabatların hazırlanması;
- Öncədən hazırlanmış mövzular üzrə qarşılıqlı akademik iclasların, təlimlərin və seminarların təşkil edilməsi;
- Elmi-tədqiqat yönümlü məlumat mübadiləsinin həyata keçirilməsi.
- Əvvəlcədən hazırlanmış mövzular üzrə qısa və uzun müddətli birgə konfrans, seminar və təlimlərin təşkili;
- Layihə icrasında səmərəliyini artırmaq üçün metodlar üzrə təcrübə mübadiləsinin keçirilməsi;
- Birgə layihələrin hazırlanaraq donorlara təqdim olunması.
Vision TV -Fərqanə Əliyeva