ŞOK TƏFƏRRÜAT:Fuad İsmayılov niyə və nece tutulub?-Özü danışdı
24.05.2019

 

Artıq bir həftədir ki, Rusiyada saxlanılan Azərbaycan vətəndaşı, jurnalist və blogger Fuad Abbasovla bağlı məsələ gündəmin əsas müzakirə mövzusudur.

Vision TV hazırda Moskva vilayətinin Korolyova şəhərindəki miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov ONA-ya müsahibəsini təqdim edir:
- Fuad, neçə gündür ki, həbs olunmağın haqqında məlumatlar gündəmin əsas mövzusudur. Nə baş verir?
- Məncə, ermənilərin çoxdankı arzusu yerinə yetdi. Təəssüflər olsun ki, ermənilərin bu arzusunun yerinə yetməsini bəzi həmyerlilərimiz arasında da bayram kimi qeyd edənlər var. Mən burda yaşayan heç bir azərbaycanlını günahlandırmaq istəmirəm. O azərbaycanlılar ki, çıxıb deyirlər, bunu biz eləmişik, yaxşı eləmişik, onları qınayıram. Çünki qərib ölkədə yaşaya-yaşaya bir-birinə qarşı belə hərəkət etməzlər. Bu, heç də yaxşı hal deyil.
- Saxlanmağın barədə danış. Necə baş verdi? Səni kimlər saxladı?
- Mənim burada 10 günlük saxlanma müddətim var. Bu gün artıq bir həftə tamam olur. Məni ötən həftənin dördüncü günü saxladılar. Eşidirəm ki, mətbuatda yazırlar ki, guya sənədlərimi yoxlayan zaman məlum olub ki, sənədsizəm və buna görə saxlayıblar. Belə şey olmayıb. Mayın 16-da, səhər 11:00 radələrində evdən çörək almaq üçün çıxmışdım. Evdən çıxanda binamızın giriş qapısında üç nəfər mülkü geyimdə olan şəxs məni saxladı, heç bir xəbərdarlıq etmədən mənə hücum çəkdilər. Mən onların basqın elədiyini sandım, müqavimət göstərdim, məncə, hər kəsin reaksiyası belə olardı. Onlar üç nəfər, mən isə tək. Onların əlindın çıxıb, özümü bayıra atdım və “polis çağırın” deyib qışqırdım. Onda bir nəfər kostyumda olan şəxs gəldi və polis olduqlarını, məni saxlayanların da onların əməkdaşı olduğunu bildirdi. Həm saxlayanda, həm də polis məntəqəsində mənimlə kobud davrandılar. Mənə imzalamaq üçün sənəd təqdim edildi. Orda yazılmışdı ki, mənim Rusiyada yaşamaq üçün icazəm ləğv olunub. Lakin bir daha bildirirəm ki, mənə bu barədə heç vaxt xəbərdarlıq olmayıb. Onlardan Rusiyada yaşayış üçün icazə sənədimin ləğv olunması haqqında sənədi tələb etdim. Dedim ki, göstərin mənə həmin sənədi, görüm, oturma iznim nə vaxt ləğv olunub. Həmin sənədi məhkəmədə hakimdən istəməli olduğumu bildirdilər.