Səkkizinci sinif şagirdi ev şəraitində körpə dünyaya gətirib
09.04.2019

Bu barədə “Moskovskiy Komsomolets” yazır...

 

Bu barədə “Moskovskiy Komsomolets” yazır.

Nəşrin məlumatına görə, nə 14 yaşlı qızın valideynləri, nə də yeniyetmə özü hamilə olduğunun fərqində olub.

Şagird aprelin 8-də gecə radələrində kəskin qarın ağrıları  ilə  anasını yuxudan oyadıb. Şagirdin valideynləri təcili tibbi yardım çağırıb. Şagirdin hamilə olduğu təsdiq edilib və yarım saatdan sonra qiz 2100 qram çəkidə qız uşağı  dünyaya gətirib. Həkimlər  gənc ananı və körpəni doğum evinə yerləşdiriblər.

Məsələ ilə bağlı onun valideynləri polis bölməsinə çağırılıb. Onlar qızın oxuyan uşaq olduğunu və polis məktəbinə qəbul üçün hazırlaşdığını bildirib. Valideynlərinin sözlərinə görə onların qızları mart ayında məktəbdə tibbi müayinədən keçib, həkimlər onun hamilə olduğunu belə düşünməyiblər. Ananın  sözlərinə görə,  onun qızıhətta normal menstruasiyası olub.

Onlar qıza qarşı Rusiya Cinayət Məcəlləsinin 134-cü maddəsinin (yetkinlik yaşına çatmamış şəxslə cinsi əlaqə və ya başqa seksual hərəkətlər) tələblərini pozmuş kişinin kimliyini açıqlamaqdan imtina ediblər.