Səfir: “Dağlıq Qarabağla bağlı dialoqun davam etdirilməsini gözləyirik”
20.04.2019

Örl Litzenberger Dağlıq Qarabağ münaqişəsindən danışdı

"Görüşün dəqiq vaxtı haqda məlumat yoxdur. Biz xarici işlər nazirlərinin Moskva görüşünü alqışlayırıq və görüşdən sonra səsləndirilən bəyanatdan məmnunluq duyuruq. Biz səbirsizliklə dialoqun davam etdirilməsini gözləyirik”.

Visiontv.az-ın xəbərinə görə, bunu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşünü şərh edərkən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.

O, qeyd edib ki, ABŞ ATƏT-in həmsədr ölkələrindən biridir: “ATƏT-in və həmsədrlərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üçün münaqişə tərəflərini bir araya gətirməkdir. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə - güc tətbiq etməmək, ölkələrin ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etməsi prinsipləri əsasında həll olunmalıdır”.



sputnik.az