Sabahin hava proqnozu
13.05.2019

Bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

Bakıda və Abşeron yarımadasında mayın 14-dəhavadəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Visiontv.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. 

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında isə mayın 14-də havanın, əsasən, yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 8-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə: Mayın 14-15-də Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əlverişlidir.