30.03.2020
Ara
Günlük
alt

Rüşvət toplayan şəxsin görüntüləri üzə çıxdı-VİDEO

Bu kimi hallarla qarşısassalar hüquq-mühafizə Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Çağrı Mərkəzi"nə məlumat verin!

Son günlər Qida Təhlükəsizliyi Agentliyinə (AQTA), qurumun adından istifadə edərək kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən, əsassız tələblər irəli sürən şəxslərlə bağlı ayrı-ayrı rayonlarından şikayətlər daxil olmaqdadır.

  Belə ki, AQTA-nın mətbuat xidmətindən  verilən məlumata görə, daxil olmuş növbəti məlumatın araşdırılması zamanı Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda heyvan kəsimi və ət satışı məntəqələrindən özlərini Agentliyin əməkdaşları kimi təqdim edən və sahibkarlardan aylıq pul tələb edən şəxslərlə bağlı şikayətlər öz təsdiqini tapıb.

Qeyd edək ki,  araşdırmalar zamanı sahibkar tərəfindən əvvəlcədən mağazada quraşdırılmış kamerada həmin şəxslərin və istifadə etdikləri minik avtomobilinin foto və video görüntülərinin əks olunduğu müəyyən edilib.



AQTA bəyan edir ki, bu şəxslər agentlik əməkdaşları deyil və qanuna zidd hərəkətlərə yol verən həmin şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün məlumatlar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub: "Dövlət orqanının nüfuzuna xələl gətirməyə cəhd göstərən şəxslərin qanunsuz əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq".

Agentlik sahibkarlardan bu kimi dələduzluq faktları ilə qarşılaşdıqları zaman hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Çağrı Mərkəzi"nə məlumat verməyi xahiş edir.

sputnik.az

 

Yorum